• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda vəzifəli şəxsin qızı təcavüzə uğraması ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB

Bakıda vəzifəli şəxsin qızı təcavüzə uğraması ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB
21.07.2014 12:23

Ana 15 yaşlı qızının sevdiyi oğlanla ər-arvad kimi yaşamasını istəmir

Bakının Səbayel rayonunda baş verən zorlanma hadisəsi yalan çıxdı. Polis ananın qızının zorlanması ilə bağlı şikayətini araşdırıb. Məlum olub ki, burada söhbət zorlanmadan yox, ananın şəxsi maraqlarından gedir.

ANS PRESS-in məlumatına görə, Səbail Rayon Polis İdarəsindən milli.az-a bildirilib ki, zorlandığı iddia olunan qız bölməyə dəvət olunub və ifadə verib.

Qız bildirib ki, oğlanla bir-birini sevirlər və xeyli müddətdir başqa mənzildə ər-arvad kimi yaşayırlar. Anası isə onların kənarda yaşamasını istəmir və onun evinə qayıtmasını israr edir. Sevgililər isə sərbəst yaşamaq istədiklərindən ananın evinə getmək istəmirlər. Ana da qızının zorlanmasını deyərək kürəkənindən heyf çıxmaq istəyib.

Qeyd edək ki, 1974-cü il təvəllüdlü Atamoğlanova Turə (bütün ad və soyadlar şərtidir) Səbayel Rayon Polis İdarəsi 8-ci polis bölməsinə müraciət edərək onunla birgə yaşayan qızının cinsi zorakılığa məruz qaldığını deyib.

Qadın qeyd edib ki, iyulun 17-də qızı, 15 yaşlı Səkinə evdə tək olarkən Erkin adlı şəxs mənzilə soxulub. Həmin şəxs yeniyetmə qızı döyüb və zorla onunla cinsi əlaqədə olub. 

ANN.Az

09:00

15 yaşlı Səkinə evdə tək olarkən Erkin adlı şəxs mənzilə soxulub

Evə soxulan şəxs 15 yaşlı qızı döyüb, zorla ona təcavüz edib.

Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, hadisə Səbail rayonunda baş verib. Rayon sakini olan 1974-cü il təvəllüdlü Atamoğlanova Turə (bütün ad və soyadlar şərtidir) 8-ci Polis Bölməsinə müraciət edərək onunla birgə yaşayan qızının təcavüzə məruz qaldığını deyib. 

Qadın qeyd edib ki, iyulun 17-də qızı, 15 yaşlı Səkinə evdə tək olarkən Erkin adlı şəxs mənzilə soxulub. Həmin şəxs yeniyetmə qızı döyüb və zorla ona təcavüz edib.

Erkin daha sonra evi tərk edib. T.Atamoğlanova evə qayıtdıqda qızı ona baş verənləri danışıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, polisə şikayət edən qadın Səbail rayonundakı tədris müəssisələrindən birində rəhbər vəzifələrdən birində çalışır.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol