• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Komitəsi və KOICA məcburi köçkünlərə dəstək üçün birgə əməkdaşlıq haqqında razılıq əldə edib

Dövlət Komitəsi və KOICA  məcburi köçkünlərə dəstək üçün birgə əməkdaşlıq haqqında razılıq əldə edib
28.04.2020 11:03
Aprel 27-də məcburi köçkünlər arasında COVID-19 virusunun yayılmasının mənfi sosial-iqtisadi təsirini azaltmaq üçün onların gigiyenik və tibbi ləvazimatlar və gündəlik tələbat malları ilə təchiz edilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyi arasında Memorandum imzalanıb. Anlaşma Memorandumuna əsasən, KOICA-nın maliyyə dəstəyi ilə Bakı şəhərində məskunlaşmış bir qisim məcburi köçkünlərə - yaşı 65-dən yuxarı olan ahıl, tənha şəxslər və şəhid ailələrinə müxtəlif ərzaq və tibbi məhsullardan ibarət 300 ədəd bağlama paylanılacaq.
 
Bildirilib ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən hərtərəfli qayğı göstərilir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin sosial problemlərinin həllinə həssaslıqla yanaşır.
 
Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 1 milyondan artıq vətəndaşımız öz vətənlərində qaçqın və məcburi köçkünə çevrilib. Belə bir vaxtda Azərbaycanın ümumilli lideri Heydər Əliyevin çağırışı ilə beynəlxalq humanitar təşkilatların Azərbaycana gəlməsi yaşana biləcək humanitar fəlakətin qarşısını aldı.
 
Bu istiqamətdə, qaçqın və məcburi köçkünlərədəstək məqsədilə Koreya hökuməti tərəfindən bir sıra layihələr həyata keçirilib. Bu layihələr arasında, KOICA ilə birgə həyata keçirilən "Kəhriz su təchizatı sisteminin yenidən qurulması ilə Azərbaycanda məcburi köçkün icmalarına inteqrasiya edilmiş kənd inkişafı”, "Beyləqan rayonundakı Xocavənd qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yaradılması” xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, məcburi köçkün icmaları ilə keçirilən görüşlər və tədbirlər də onlar üçün çox böyük mənəvi dəstəkdir.
 
Bildirilib ki, Koreya höküməti tərəfindən Azərbaycanda məcburi köçkünlərə yardım məqsədi ilə həyata keçirilən layihələr bundan sonra da davam edəcəkdir.
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol