• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ölkənin aviaşirkətləri beynəlxalq reyslərə bilet satışına başladı

Bu ölkənin aviaşirkətləri beynəlxalq reyslərə bilet satışına başladı
29.05.2020 05:53
Qazaxıstan aviaşirkətlərinin saytlarında xarici ölkələrə bilet satışlarına başlanılıb.

Bu barədə "Sputnik Qazaxıstan” xəbər yayıb.

Milli aviadaşıyıcı "Air Astana” Nur-Sultan – Moskva istiqamətinə biletlər təklif edir."Əgər saytda biletlər varsa, deməli, bu günlərə təxirə salınma qərarı yoxdur və onları almaq olar”, - deyə aviaşirkətin mətbuat xidmətindən bildirilib.

29-30 aprel tarixlərində Qazaxıstan vətəndaşları üçün Amsterdamdan Uralsk və Atırauya beynəlxalq uçuşlar planlaşdırılıb. Əcnəbilərə Uralsk və Atıraudan Amsterdama uçan təyyarələr üçün yer sifariş etmək təklif olunur.

Eyni zamanda, "FlyArystan” hava yolları şirkətinin saytında iyun ayına Moskvaya bilet satışlarına başlanılıb.

SCAT saytında may və iyun ayları üçün Nur-Sultandan Moskvaya, Batumi və Praqaya bilet sifarişi etmək olar.

Bununla belə, beynəlxalq uçuşların bərpa olunacağı rəsmi olaraq bildirilməyib.

Nəqliyyatda baş dövlət sanitar müfəttişi Sadvakas Bayqabulov beynəlxalq uçuşların bərpa imkanlarına mərhələli baxılacağını deyib. Onun sözlərinə görə, hər şey sanitar-epidemioloji vəziyyətdən asılıdır.

Qeyd edək ki, Nur-Sultan və Almatı hava limanları aprelin 1-dən etibarən beynəlxalq sərnişin reyslərini qəbul etmir. Qazaxıstanda fövqəladə vəziyyət rejimi martın 16-dan fəaliyyət göstərir və mayın 11-dək uzadılıb.

Mayın 1-dən etibarən yalnız Nur-Sultandan Almatıya və əksinə ilk daxili reys bərpa olunacaq. Təyyarələrə ancaq koronavirusun olmaması haqqında arayış gətirən sərnişinlər buraxılacaq.




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol