Bakıda siqaret yandırmaq istəyən şəxs kül oldu - TƏFƏRRÜAT

Bakının Binəqədi rayonunda aprelin 27-də "DSK yolu” adlanan ərazidə yandırılmış meyiti tapılan kişinin şəxsiyyəti müəyyənləşdirilib.
Həmin şəxs son illər "bomj” həyatı sürən 1957-ci il təvəllüdlü Bərdə rayon sakini Həsənov Akif Cəlil oğludur.
Qeyd edək ki, bundan əvvəl onun ağır cinayətin qurbanı olması barədə məlumatlar yayılmışdı. Ancaq bu ifadələrin doğru olmadığı müəyyənləşib.
Kriminalistlər hadisə yerindən bir ədəd "Argo” siqaret kötüyü, kibrit və spirt şüşəsi tapıblar.
Onun burada qaldığını üstündə oturduğu karton parçaları da sübut edir.
İlkin ehtimallara görə, hadisədən əvvəl Ə.Həsənov həddindən artıq spirtli içki qəbul edib. Bundan sonra o, siqaret yandırıb və nəticədə, hadisə baş verib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























