Bakıda aptekdən uşaq qidası oğurlandı

Bakıda aptekdə soyğun kimi qiymətləndirilən hadisə qeydə alınıb.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Belə ki, aprelin 26-da, saat 13:00 radələrində naməlum şəxs Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən aptekə girib. O, 1995-ci il təvəllüdlü satıcı Firuzə Ramazanovanı fiziki zorakılıqla hədələyərək, aptekdən 106 manat dəyərində uşaq qidası aparıb.Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. İndiyə qədər şübhəli şəxsin kimliyi müəyyənləşdirilməyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























