• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda borcu olan şəxsi girov götürdülər

Bakıda borcu olan şəxsi girov götürdülər
28.05.2020 20:27
Bakı Şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin əməkdaşları birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu yolu ilə pul tələb etməklə məşğul olan bir qrup şəxsi saxlayıblar.
 
Anews.az-ın xəbərinə görə, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
 
Məlum olub ki, aprelin 25-də, saat 20:00 radələrində Anar adlı şəxs və onunla əlbir olan dörd nəfər Türkan qəsəbəsinin Poçt küçəsində yerli sakin - 1993-cü il təvəllüdlü Saday Quliyevi maşına minməyə məcbur ediblər. Sonra girovu Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivinə aparıblar və orada şəxsi evdə bağlı saxlayıblar.
 
Burada təqsirli bilinən şəxslər S.Quliyevə fiziki təzyiq göstəriblər və bildiriblər ki, onlardan birinə borcu olduğu 500 manat əvəzinə 2000 manat gətirməlidir.
 
Gecə saat 03:00 radələrində həmin şəxslər S.Quliyevi tələb olunan məbləği gətirmək şərtilə sərbəst buraxıblar.
 
Ancaq sonuncu dərhal göstərilən rayonun 1-ci Polis Bölməsinə kömək üçün müraciət edib.
 
Aparılan əməliyyat nəticəsində 1989-cu il təvəllüdlü Anar Məmmədov, 1989-cu il təvəllüdlü Adil Ağazadə və 2002-ci il təvəllüdlü Elçin Məmmədov tutulublar.
 
Qeyd edək ki, A.Məmmədov bundan əvvəl xuliqanlıq, oğurluq, odlu silah saxlama, yol hərəkəti qaydaları və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.
 
Faktla bağlı istintaq davam etdirilir. Cinayətin digər ortaqları axtarılır.Oxu.az

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol