Sürücünü vurub təhqir edən şəxslə bağlı QƏRAR VERİLDİ

Qaraçuxur qəsəbəsində avtomobilin qarşısını kəsərək sürücünü vurub təhqir edən şəxs barəsində Suraxanı rayon məhkəməsi qərar verib.
Anews.az avtosfer.az-a istinadən xəbər verir ki, 99-RZ-878 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobili idarə edən 1981-ci il təvəllüdlü Suraxanı rayon sakini Cəfərov Xalid Asif oğlu, qarşısını kəsdiyi sürücünü vurub söydüyü üçün sənədlər toplanılaraq baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.
Bu gün məhkəmənin qərarı ilə Cəfərov Xalid Asif oğlu barəsində 10 gün müddətinə inzibati həbs qərarı verilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























