• $
  • €
  • ₽
  • ₺
  • £

Firudin Cəlilov Bakıya qayıtdı - FOTO

Firudin Cəlilov Bakıya qayıtdı - FOTO
21.07.2014 10:18
Müalicə olnumaq üçün iyulun 7-də Türkiyəyə gedən Azərbaycanın sabiq təhsil naziri Firudin Cəlilov müalicəsinin əsas hissəsini başa vuraraq vətənə qayıdıb. 
ANN.Az-ın xəbərinə görə, bu barədə sabiq nazir sosial şəbəkədəki şəxsi səhifəsində məlumat yayıb. Dincəlmək üçün sabah (bu gün) Xızıya gedəcəyini yazan Firudin Cəlilov sağalması üçün dua edən hər kəsə də təşəkkürünü bildirib. 
Bundan başqa sabiq nazir xəstəliyi müddətində onunla maraqlanan, qayğı və diqqqətini əsirgəməyən ölkə başçısı İlham Əliyevə və fövqəladə hallar naziri Kəmaləddin Heydərova özü və ailəsi adından təşəkkür edib. 
Nəvələri üçün darıxdığını da qeyd edən F. Cəlilov onlarla çəkdirdiyi foto şəkli də səhifəsində paylaşıb. 
“DOSTLAR, artıq Bakıya qayıtdım, evdəyəm, nəvələrim üçün çox darıxmışdım.
Ankarada Bayındır hospitalı həkimləri (əllərinə sağlıq) 5-6 saatlıq ağır əməliyat ilə mənə ikinci həyat verdilər. Bərpa olunmaq üçün sabah məni Xızıya aparacaqlar, yəqin 10-15 gün orada olacam, inşallah qayıdandan sonra sizlərlə xəbərləşərik.
Bu təşəkkür ismarışı ilə dostlara çatdırmaq istəyirəm ki, sağlamlığımla bağlı minlərlə insanın, dostun-tanışın şəfa diləyi, duası mənə mənəvi dayaq oldu, uca Tanrı hamınıza yar olsun. Xəstəliyim haqqında məlumatın ictimailəşməsini istəməsəm də, qarşısını yalnız bir müddət ala bildim, məndən xəbərsiz dostlar (özəlliklə, Tənzilə xanım), bir neçə millət vəkili, bir çox gənclər dövlət başçısına müraciət etdilər, bunu sosial şəbəkələrdə yaydılar, jurnalistlər saytlarda-qəzetlərdə yazdılar... 
Dostlar, sizin müraciətlərə ilgi göstərən və bundan öncəki əməliyata da qayğı ilə yanaşan dövlət başçısı cənab İlham Əliyevə, bu dəfəki əməliyatı gecikdirmədən nəzarətə götürüb məni Kömürükçü hospitalında müayinə etdirib, Türkiyəyə göndərən cənab Kəmaləddin Heydərova sizlərin və ailəm adından təşəkkür edirəm”.
ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol