• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının bu ərazisində böyük yaşayış rayonu yaradılacaq

Bakının bu ərazisində böyük yaşayış rayonu yaradılacaq
29.04.2020 09:29
Hazırda iri Çin investorları ilə "20-ci sahə” layihəsi müzakirə olunur.

Anews.az xəbər verir ki, bunu Media.az-a açıqlamasında Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə bildirib.

O, bunun Bakının şəhərsalma sferasında maraqlı layihə olduğunu qeyd edib:

"Çinli tərəfdaşlarımızın təxminən, 800 hektar sahədə, sahil zonasına çıxışı olan və bulvarın davamı olacaq böyük yaşayış rayonu yaratmaq niyyəti var.
Layihə maraqlıdır, mən bu layihənin texniki-iqtisadi əsaslandırılmasını etmişəm. Orada yaşayış massivlərinin, məktəblərin, bağçaların, ticarət mərkəzlərinin tikintisi nəzərdə tutulub”.

E.Qasımzadə koronavirus səbəbindən danışıqların müvəqqəti dayandırıldığını bildirsə də, sərhədlər açıldıqdan sonra layihənin reallaşacağını mümkün hesab edir.

"20-ci sahə”nin hazırkı durumu haqda danışan memar orada vəziyyətin ürəkaçan olmadığını bildirib:

"İndi orada vəziyyət dəhşətlidir, kanalizasiya yoxdur, torpaq sürüşmələri baş verir. İnsanların işlətdiyi su aşağı təbəqələrə gedir. Sürüşmə nədir? Bu, dərinlikdə yerləşən qayadır, sonra qrunt və gil qatı gəlir.

Su qruntdan keçərək gili sabuna çevirir, təbəqəni yuyur və o da qayadan sürüşməyə başlayır. Beləliklə, bu sürüşmələr insanın tənzimlənməmiş fəaliyyətinin nəticəsidir”

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol