• $
  • €
  • ₽
  • ₺
  • £

“Sovetski"lilərə xəbərdarlıq

“Sovetski"lilərə xəbərdarlıq
19.07.2014 19:37
Yasamal Rayon İcra Hakimiyyətindən “Sovetski" sakinlərinə xəbərdarlıq edilib.
 Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal RİH nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov ANS-ə açıqlamasında bir neçə gün öncə “Sovetski” sakinlərini aşağı qiymətlə ev tikməklə aldadan tikinti şirkətindən söhbət açıb. O, qeyd edib ki, həmin tikinti şirkətinin əməkdaşları insanları aladaraq pullarını əllərindən almaq istəyiblər: 
“Hüquq mühafizə oraqanlarının səyi nəticəsində "Sovetski"də ikinci "Muray" hadisələrinin baş verməsinin qarşısı alındı.İnsanların mənzil şəraitlərinin yaxşılaşaması üçün gözəl şans yaranıb. Amma onları aldatmağa çalışdılar. Gələcəkdə də belə bir şirkətlər meydana çıxarsa sakinlər ilk növbədə Yasamal Rayon İcra Hakimiyətinə gəlsinlər. Onlar bilmədən gedib kimsə ilə müqavilə bağlamamalıdırlar. Sonra aldadılmış vəziyyətə düşməmək üçün belə hallara yol verməmək lazımdır". 
Qeyd edək ki, bir neçə gün öncə Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi “DES” MMC-nin vəzifəli şəxslərinin mənzil tikintisi adı altında yol verilən dələduzluq faktına görə saxlanılması ilə bağlı birgə məlumat yayıb. Məlumatda bildirilib ki, Bakı şəhər sakini Asəf Hacı İsmayılov və qeyriləri tərəfindən təsis edilmiş “DES” MMC-nin vəzifəli şəxsləri “Köhnə bakılılara yeni ev” şüarı altında sayt yaradıb. Vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onlara məxsus külli miqdarda əmlakı ələ keçirmək üçün guya paytaxtın mərkəzi prospektlərindən birində çoxmərtəbəli bina tikəcəkləri barədə həmin saytda və digər kütləvi informasiya vasitələrində reallıqdan uzaq elanlar, reklam xarakterli informasiyalar yerləşdiriblər.
Araşdırmalar zamanı cəmiyyətin sözügedən fəaliyyət növü ilə müvafiq lisenziya olmadan fəaliyyət göstərdiyi müəyyən edilib. Faktla bağlı Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb. Adıçəkilən şirkətin vəzifəli şəxsləri - Asəf Hacı-İsmayılov, Nazim Səmədov və Orxan Fərhadov şübhəli şəxs qismində tutulublar.
Tutulan şəxslərin ifadələrindən və digər sənədlərdən də göründüyü kimi, onlar inşa edəcəkləri, ümumi dəyəri 17.000.000 manatdan çox olan 16 mərtəbəli, 9 bloklu və 810 mənzilli binada həmin mənzillərin hər kvadratmetrini sakinlərə guya 380 manata satmağı nəzərdə tutublar.
ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol