• $
  • €
  • ₽
  • ₺
  • £

"Mayın 4-dən sonra..." - Karantinlə bağlı əhaliyə XƏBƏRDARLIQ

"Mayın 4-dən sonra..." - Karantinlə bağlı əhaliyə XƏBƏRDARLIQ
29.05.2020 03:33
Karantin rejimi bitdikdən sonra da insanlar müəyyən tələblərə əməl etməli, tövsiyələri nəzərə almalıdırlar.
 
Anews.az xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.
 
Baş infeksionist bildirib ki, hazırda Azərbaycanda xəstəxanalarda 500-dək insan koronavirusa görə müalicə edilir:
 
"Gün ərzində təxminən 30-40 nəfər sağalaraq evə buraxılır. Amma hələ də ölkədə hər gün yoluxma halı qeydə alınır. Biz yalnız yeni yoluxma qeydə alınmadıqda, xəstəxanalarda müalicə edilən insanların sayı azaldıqda virusun ölkəmizdə yox ola bilməsi haqqında danışa bilərik. Amma ölkədə hətta 1-2 nəfərdə belə, koronavirusa yoluxma halı varsa, sadaladığım şəxslər risk qrupuna daxil olan insanlar sayılacaqlar".
 
C.İsayev bunu nəzərə alaraq insanlara xəbərdarlıq da edib. O qeyd edib ki, mayın 4-də karantin rejimindən çıxılsa belə, insanlar müəyyən tələblərə əməl etməli, tövsiyələri nəzərə almalıdırlar:
 
"Bu tövsiyələrin bir qismi, məsələn, əllərin yuyulması, şəxsi gigiyena qaydalarına əməl edilmə, kütləvi yerlərdən uzaq olmaq bizim gündəlik həyatımızla bağlıdır. İnsanların çox olduğu yerlərdə yalnız koronavirusa deyil, hər cür infeksiyaya yoluxmanın olması mümkündür. Ona görə də həmişə qaydalara riayət etməliyik ki, təkcə koronavirusa deyil, digər infeksiyalara da yoluxmayaq”.Trend

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol