Sürücülərə ŞAD XƏBƏR: Bu halda cərimələnməyəcəksiniz

Avtomobillərin dövlət nömrə nişanları dəyişdirilərkən, icbari sığorta şəhadətnaməsinə xitam verilməyibsə, yeni şəhadətnamənin alınmasına ehtiyac yoxdur.
Bu barədə İcbari Sığorta Bürosu (İSB) məlumat yayıb.Daxili İşlər Nazirliyi tərəfindən hərəkətdə olan avtomobillərin xüsusi qurğular vasitəsilə aşkarlanması zamanı avtomobilin dövlət qeydiyyat nişanı dəyişsə belə, köhnə sığorta şəhadətnaməsi qüvvədə olduğu təqdirdə, heç bir cərimə tətbiq edilməyəcək. Bu barədə məlumat İSB-nun Elektron İnformasiya Sistemində mövcuddur.
Qeyd edək ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası "İcbari sığortalar haqqında” qanunun Xüsusi bölməsinin 4-cü fəslində nəzərdə tutulub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























