ABŞ-da avtomobilində ölü tapılan gəncin nəşi Azərbaycana gətiriləcək

ABŞ-ın Şimali Karolina ştatında avtomobilində ölü tapılan gəncin nəşi Azərbaycana gətiriləcək.
Publika.az "Diasporpress”ə istinadla xəbər verir ki, Samir Ayaz oğlu Hüseynovun cənazəsi artıq Nyu York şəhərinə gətirilib. Mərhumun nəşi oradan Azərbaycana göndəriləcək.
Qeyd edək ki, S.Hüseynov Şimali Karolina ştatında daxili yükdaşımalarla məşğul olub. O, avtomobilin arxa kabinasında yatan zaman havalandırma sistemində nasazlıq baş verib. Nəticədə avtomobildən çıxan işlənmiş qaz kabinaya sızıb və gənc vəfat edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























