Vahid Ələkbərov 6,56 milyard dollar itirdi

Ən zəngin rusiyalıların sərvəti 2020-ci ilin əvvəlindən, ümumilikdə, 46 milyard dollar azalıb.
İndeks milyarderlərin pay sahibi olduğu şirkətlərin səhmlərinin dəyərinə əsasən hesablanır.
Ümumiyyətlə, dünyanın ən zəngin 500 insanının daxil olduğu reytinqdə 23 Rusiya vətəndaşı yer alıb.
Siyahıda olan rusiyalı milyarderlərdən yalnız Süleyman Kərimov sərvətini 691 milyon dollar artıra bilib.
"Nornikel”in sahibi Vladimir Potaninin sərvəti ilin ilk dörd ayında 2,04 milyard dollar azalaraq, 26 milyard dollara çatıb. NLMK şirkətinin əsas benefisiarı Vladimir Lisin bu müddətdə 3,84 milyard dollar itirib (hazırda sərvəti 17,6 milyard dollardır).
Ən çox sərvət itirən isə "Novateka” şirkətinin şəriki Leonid Mixelsondur. Onun sərvəti 7,66 milyard dollar azalaraq, 16,9 milyard dollara bərabər olub. "Severstal”ın sahibi Aleksey Mordaşovun kapitalı 3,8 milyard dollar azalaraq, 16,2 milyard dollara qədər enib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























