“İdman-Azərbaycan” telekanalının lisenziyası 6 il uzadılıb

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.MTRŞ-dan APA-ya verilən məlumata görə, iclasda “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin idman kanalının televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb.“İdman-Azərbaycan” kanalının televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edilib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























