• $
  • €
  • ₽
  • ₺
  • £

Aqrar Kredit və İnkişaf Agentliyinin səlahiyyətləri - ARTIRILIB

Aqrar Kredit və İnkişaf Agentliyinin səlahiyyətləri - ARTIRILIB
04.05.2020 13:17
Aqrar Kredit və İnkişaf Agentliyinə (AKİA) aqrar sahəyə ayrılan subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə monitorinqlər aparmaq, subsidiyalarla bağlı göstərilən xidmətlərin kənd təsərrüfatı məhsullarının istehsalına təsirinə dair qiymətləndirmələrin aparılmasını təmin etmək səlahiyyəti verilib.

Bu barədə Anews.az-a AKİA-dan məlumat verilib.

Bildirilir ki, bu səlahiyyət ölkə başçısının 01 may 2020-ci il tarixli Fərmanı ilə AKİA-nın Əsasnaməsinə edilmiş əlavəyə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar subsidiyaların verilməsini, habelə bu sahədə fəaliyyətin təşkilini və əlaqələndirilməsini həyata keçirən quruma həvalə olunub.

"Yeni səlahiyyətlərimiz bizə imkan verəcək ki, subsidiyaların aqrar sahəyə göstərdiyi qısa və uzunmüddətli təsiri araşdıraq, onların səmərəliliyini artırmaq istiqamətində təkmilləşdirmələr aparaq”, - deyə AKİA-nın sədri Mirzə Əliyev vurğulayıb.

Agentlik sədri əlavə edib ki, qurumun qarşısında duran əsas məqsəd subsidiyaların aqrar sahənin inkişafına real təsirini təmin etməkdir: "Bunun üçün də subsidiyaların doğru ünvanlara çatması vacibdir”.
Qeyd edək ki, 2020-ci ilin yanvarından etibarən aqrar sahəyə subsidiya müraciətləri elektron sistem üzərindən qəbul edilir və fermerlərin kartlarına bir hissəsi nağdlaşdırılmayan, yalnız istehsal xərcləri üçün pos-terminallar vasitəsilə ödənilə bilən vəsait şəklində köçürülür. İlk olaraq bu qayda ilə ötən ilin payızlıq əkinləri üçün əkin subsidiyası və pambıq üçün məhsul subsidiyası ödənilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol