Mingəçevir sakinində qanunsuz saxlanan ov tüfəngi aşkarlanıb

Polis əməkdaşları Mingəçevir sakini tərəfindən qanunsuz saxlanılan ov tüfəngini götürüblər.
Bu barədə Anews.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Mingəçevir şəhər sakini Surac Abbasovdan müvafiq sənədləri olmayan 16 çaplı, yivsiz ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























