Azərbaycan ordusunda mühüm YENİLİK

Söhbət gəzir ki, biz köhnə proqramlara, Rusiya sisteminə qayıdırıq. Bu, yalandır.
ANN.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri bu gün Salyan kazarmasında tanınmış media qurumları başçılarının Müdafiə Nazirliyinin rəhbərləri ilə görüşündə müdafiə nazirinin müavini general-leytenant Kərəm Vəliyev deyib.O, nazir Zakir Həsənovun keçirdiyi kollegiya iclasında əsas tapşırıq kimi dağ şəraitində döyüş hazırlığını gücləndirməyin olduğunu bildirib:“Azərbaycan ordusu NATO istiqamətində təlim keçir, bütün proqramlar NATO sisteminə uyğunlaşdırılıb, ordu quruculuğu davam edir”.General-leytenant bildirib ki, bundan sonra əsgərlər təsərrüfat işlərinə cəlb olunmayacaqlar. Belə ki, orduda işləmək üçün artıq 3000 mülki şəxs işə qəbul olunub. Bu rəqəmin 20 000-ə çatacağı gözlənilir.ANN.AzOxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























