Şəmkirdə silahlı insident - Ayağından güllələdi

Ötən gün Şəmkir rayonunun Dəllər Cırdaxan kəndi ərazisində kənd sakini F.Muradovun münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Asif Muradovun ayaq nahiyəsinə xəsarət yetirib.
Daxili İşlər Nazirliyindən Anews.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Muradov saxlanılıb. Ondan müvafiq sənədləri olmayan 2 ədəd "TOZ” markalı ov tüfəngləri götürülüb, A.Muradov isə xəstəxanaya yerləşdirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























