Dövlət bayrağımız endiriləcək

Dövlət Bayrağı Meydanı Kompleksindəki dövlət bayrağı iyulun 19-da endiriləcək.Bu barədə APA-ya Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına əsasən sabah (19.07.2014) günorta saatlarından Bakıda küləyin güclənəcəyi ilə əlaqədar Dövlət Bayrağı hava sabitləşənədək endiriləcək.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























