• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandakı həbsxanalarda koronavirusa yoluxan var? - AÇIQLAMA

Azərbaycandakı həbsxanalarda koronavirusa yoluxan var? - AÇIQLAMA
06.05.2020 10:11
Azərbaycanda koronavirus pandemiyasının başladığı vaxtdan etibarən cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında aparılan işlər ictimaiyyətin maraq dairəsindədir.

Anews.az xəbər verir ki, qafqazinfo bununla bağlı Ədliyyə Nazirliyinə sorğu göndərib. Sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına yoluxma halları qeydə alındığı vaxtdan Ədliyyə Nazirliyi Penitensiar xidmətin müəssisələrində və digər struktur qurumlarında pandemiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə başlanılmış kompleks profilaktiki tədbirlər bu günədək yüksək səviyyədə davam etdirilir.

Həyata keçirilmiş ilk tədbirlərdən biri vətəndaşların penitensiar müəssisələrə daxil olmasının, məhkum və həbs edilmiş şəxslərə görüşlərin verilməsinin, habelə gətirilən sovqatların qəbul edilməsinin müvəqqəti dayandırılması olub. Eyni zamanda Penitensiar xidmətin əməkdaşları tərəfindən aparılan ətraflı izahedici işlərin nəticəsidir ki, məhkumların ailə üzvləri və yaxınları tətbiq olunan müvəqqəti məhdudiyyətləri anlayışla qəbul edir və dəstəkləyirlər. Vəkil, müstəntiq, həkim və digər aidiyyəti şəxslərin müəssisələrə buraxılışında isə heç bir məhdudiyyət yoxdur, lakin bu prosedur xüsusi qaydada həyata keçirilir. 

İnfeksiyanın yayılmasının qarşısını almaq məqsədilə fərdi müdafiə vasitələri, məsafədən hərarəti ölçən cihazlar və dezinfeksiya avadanlıqları təchiz edilmiş nəzarət-buraxılış məntəqələri əvvəlki qaydada gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. 

Əvvəlki rəsmi məlumatlarda da qeyd olunduğu kimi, həyata keçirilən tədbirlərin icrasını nəzarətdə saxlamaq məqsədilə nazirliyin aidiyyəti məsul işçilərindən və Ədliyyə naziri yanında İctimai Komitənin nümayəndələrindən ibarət monitorinq qrupunun üzvlərinin penitensiar müəssisələrə baş çəkmələri intensiv şəkildə davam etdirilir, məhkumların saxlanma, tibbi və dərman təminatı diqqət mərkəzində saxlanılır. 

Görülmüş işlərin nəticəsidir ki, bir çox ölkələrdən fərqli olaraq, Azərbaycanın cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında bu günə kimi şəxsi heyət, məhkum və həbs edilmiş şəxslər arasında koronavirus infeksiyasına yoluxma halı qeydə alınmayıb.

Bu arada bildirək ki, Bakı İstintaq Təcridxanasında da koronavirus pandemiyasının başladığı gündən etibarən kompleks profilaktik tədbirlər həyata keçirilir. Məlumdur ki, pandemiya ilə əlaqədar məhkəmə prosesləri təxirə salınıb. Ona görə də məhkumlar əsasən Bakı İstintaq Təcridxanasında saxlanılır. Bununla əlaqədar olaraq da təcridxanada mütəmadi olaraq dezinfeksiya tədbirləri həyata keçirilir, yeni gələn məhkumların qızdırması ölçülür.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol