• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial evlərin sosial problemləri həll olunmayıb – MİDA-ya “zəng çatmır”

Sosial evlərin sosial problemləri həll olunmayıb – MİDA-ya “zəng çatmır”
06.05.2020 14:18
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA-nın) istifadəyə verdiyi Yasamal Yaşayış Kompleksi ərazisində baxımsızlıq hökm sürür. Belə ki, kompleksin həyətində işıqlandırma sistemləri işləmir, həmçinin mühafizə təşkil olunmayıb.

Sakinlərin -a verdikləri məlumata görə, gecələr həyətlərdəki maşınlarından benzin oğurlanır, maşınların təkəri açılır.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən sahə inspektoru, polis mayori Xəyal Məmmədov sakinlər tərəfindən irəli sürülən bu iddiaları təsdiqləyib:
 
"Rəhbərlik ilə normal danışmaq lazımdır, amma əlaqə saxlamaq mümkün olmur, nömrələrini heç kimə vermirlər. Mən də irad bildirmişəm, vəziyyət elə deyildiyi kimidir, nə işıq var, nə mühafizə, heç kim də diqqət ayırmır. Dəfələrlə deyirəm ki, kamera quraşdırın, amma faydası yoxdur. Birinin lifti işləmir, birinin başqa problemi var. Ən əsas problem rəhbərlikdədir, oradakı işçilər fəhlə adamlardır, nə etsinlər? Biz bu məsələ ilə bağlı öz tərəfimizdən Daxili İşlər Nazirliyinə məktub yazmışıq. Dünən gəlib baxdılar. Biz kamera qoyacağıq, lakin bu mərkəzi küçəyə qoyulacaq. MİDA-nın səlahiyyətində olan hissəyə biz kamera qoya bilmirik. Bunu MİDA-ya deyirik, amma eşidən yoxdur”.


Qeyd edək ki, mövcud problemlə bağlı bir neçə dəfə MİDA ilə əlaqə saxlamağa çalışsaq da, mümkün olmayıb. Aprel ayının 30-da göndərilən sorğu isə hələ də cavabsız qalır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol