• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan tibbində ilk dəfə...

Azərbaycan tibbində ilk dəfə...
18.07.2014 14:54
Azərbaycan təbabət tarixində ilk dəfə olaraq bu ilin mayında Respublika Talassemiya Mərkəzində qohum donorlardan götürülən sümük iliyinin üç xəstəyə köçürülməsi əməliyyatı icra edilib. 
“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalistlərə məlumat verən Respublika Talassemiya Mərkəzinin direktoru Rauf Rzayev bildirib ki, bu mürəkkəb əməliyyatları mərkəzdə yerli mütəxəssislər belaruslu həmkarların dəstəyi ilə həyata keçirib: “Hazırda hər üç xəstənin vəziyyəti qənaətbəxşdir və evə yazılmaq ərəfəsindədirlər. MDB məkanında sümük iliyini köçürülməsi yalnız Rusiya, Ukrayna və Belarusiyadadır. Ümumiyyətlə isə  bu əməliyyatın həyata keçirilməsi 16 ölkədə mövcuddur. Bu prosesi həyata keçirən ölkələrin sayca azlığı sümük iliyinin kifayət qədər mürəkkəb yüksək texnoloji proses olması ilə yanaşı, özəl tələblərə cavab verən tibbi avadanlıq təminatının və xüsusi hazırlıq keçmiş heyətin hazırlığı ilə izah olunur. Bu əməliyyatların hamısı dövlət hesabına pulsuz həyata keçirilir. Həkimlər əməliyyatdan əvvəl Türkiyədə, Belarusiya da sümük iliyi transplantasiya mərkəzlərində xüsusi hazırlıq, təlim keçiblər. Bu proses gələcəkdə də davam edəcək”.
Sümük iliyi ilə bağlı müraciətlərin çox olduğunu bildirən Mərkəzin Transplantasiya Şöbəsinin müdiri Nərgiz Əliyeva qeyd edib ki, hazırda on nəfər daha müraciət edilib: ” Bundan əvvəl sümük iliyi transplantasiyası üçün 24 xəstə üzərində profilaktika keçirilib, onlardan 10 nəfər siyahıya salınıb. Müraciət edənlər arasında kəskin leykozdan, onkoloji xəstəliklərdən əziyyət çəkənlər var. Hazırda mərkəz 16 yaşına qədər olan uşaqlara transplantasiya edir. Növbəti transplantasiyanın oktyabr ayının əvvəllərində həyata keçirilməsi nəzərdə tutulur”.
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol