• $
  • €
  • ₽
  • ₺
  • £

BNA rəsmisi fotoya belə şərh verdi - "Ağlınıza gələni yazırsız"

BNA rəsmisi fotoya belə şərh verdi - "Ağlınıza gələni yazırsız"
07.05.2020 09:48
Bu gün səhər saatlarında ictimai nəqliyyatda sıxlıq yaranması sərnişinlər arasında narazılığa səbəb olub. İnsanlar bu görüntüləri sosial şəbəkələrdə paylaşaraq hazırkı vəziyyətlə bağlı etirazlarını bildiriblər.
 
Vətəndaşlar bu cür sıxlıqda sosial məsafənin saxlanılmasının mümkün olmadığını, bununla da virusdan qorunmağın real olmadığını qeyd ediblər.
Anews.az verdiyi xəbərə görə, Bakı Nəqliyyat Agentliyinə qarşı olan ittihamlara qurumun sözçüsü Mais Ağayev elə sosial şəbəkələrdəki həmin paylaşımlarda şərh yazaraq cavab verib. 

O bildirib ki, vəziyyətin belə olmasında, avtobuslarda sıxlığın yaranmasında elə sərnişinlər özləri günahkardır: "Gəlin çıxaq, bir yerdə intervalı gecikdirən onlarla səbəb göstərim sizə. Yazanda bir az obyektiv olun. Çox istərdim digər xarici şəhərlər kimi karantin vaxtı ictimai nəqliyyat tam dayanardı və ya xüsusi icazə ilə olardı. Bax onda hamı üçün daha yaxşı olardı. Məsələyə dair boş-boş, həqiqətə uyğun olmayan şərh yazanlar, xahiş edirəm, bir qədər obyektiv olun. 

Bir neçə gündür avtobuslarda milyondan artıq insan daşınır. Bir milyon sərnişini sosial məsafə gözləməklə daşımaq üçün Bakı şəhərinə 66 mindən artıq avtobus lazımdır. Bakı şəhərinin avtobus parkı "bezrazmer” deyil. Bizdə N sayda deyil, bəlli bir sayda avtobus var. 

Martın ortalarında bütün əməkdaşlar istirahətsiz proseslərə cəlb edilib. Bu qədər əziyyət çəkilir. Siz isə görülən işlərə xətt çəkib hər ağlınıza gələni yazırsız. Hamı çöldə, bayırdadır. Bankların, kafe, restoranların qarşısı - hamısı adamla doludur. Gözlənilir sosial məsafə? Siz və digərləri isə ancaq avtobusları hədəfə alıbsız. Bir aydam çoxdur sərnişindaşıma ayaqda tək qalıb. Çox yaxşı olar dayandırılar, siz də rahat olarsız, inanın, biz də”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol