• $
  • €
  • ₽
  • ₺
  • £

Metro nə vaxt açılır? – RƏSMİ AÇIQLAMA

Metro nə vaxt açılır? – RƏSMİ AÇIQLAMA
29.05.2020 10:51
"Bakı Metropolitenin yenidən fəaliyyətə başlaması zamanı sərnişinlərin təhlükəsizliyi ilə bağlı Tədbirlər Planı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq hazırlanacaq”.
 
Anews.az-ın xəbərinə görə, bunu Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, müxtəlif variantlar üzrə müvafiq tədbirlər görüləcək: "Metropoliten qoyulan şərtlər üzrə fəaliyyət göstərəcək. Bildiyimiz odur ki, Operativ Qərargah tərəfindən hazırlanan metodiki göstərişə əsasən, sosial məsafənin qorunması öz qüvvəsində qalacaq, metroya tibbi maskasız giriş qadağan olunacaq”.
 
B. Məmmədov əlavə edib ki, metodiki göstərişlərdəki digər bəndlər üzrə işlər indiyə qədər aparılıb və bundan sonra da davam etdiriləcək: "Sərnişinlərin təhlükəsizliyinə dair bütün mümkün variantlar nəzərdən keçirilir. Əsas nüanslardan biri metronun iş qrafiki ilə bağlıdır. Adi iş rejimi üçün metronun hərəkət qrafiki hazırdır. Digər şərlər olarsa, ən qısa zamanda həmin şərtlərə uyğun da qrafik hazırlanaraq tətbiq olunacaq”.APA

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol