• $
  • €
  • ₽
  • ₺
  • £

Falçının xəstə övladını sağaltması üçün 96 min manat verdi

Falçının xəstə övladını sağaltması üçün 96 min manat verdi
07.05.2020 21:30
Falçı adı ilə vətəndaşın 96 min manatını dələduzluq yolu ilə ələ keçirən qadın barəsində Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi başlanıb 

"Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən Qədirova Roza Qasım qızı barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün materiallar Səbail Rayon Məhkəməsinə göndərilib. Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə müstəntiqin vəsatəti təmin edilib.

İlkin istintaq materiallarına görə, Şalyarov Calaləddin Əsgər oğlu oğlu Şalyarov Ülvi Calaləddin oğlunun səhhətində müəyyən problemlərlə əlaqədar bir sıra həkimlərə müracət edib. Lakin həkimlər dəqiq diaqnoz verməkdə çətinlik çəkib. Qeyd ediblər ki, elə ciddi problemlər yoxdur. Ancaq oğlunun səhhətində yaxşılığa və ya pisliyə doğru heç bir dəyişiklik baş verməyib. Bundan sonra əvvəllər əlaqəsi olan eyni məhəllədə yaşayan Qədirova Roza Qasım qızı onlara zəng edərək bildirib ki, Ülvinin səhhətində ciddi problemlər var:
 
"Bizim cadugər falçılarımız bu problemi görüblər və həlli yollarını bilirlər. Bundan sonra biz onun istədiyi 2016-cı il aprel ayından, 2018-ci ilin oktyabr ayına qədər müddətdə hissə-hissə cəmi 96.000 manat pul ödəmişik”.

Lakin cadugar falçının "əməyindən” heç bir müsbət nəticə hasil olmayıb. Nəticə olmadığından Cəlaləddin Şalyarov ondan ödədiyi məbləği geri verməyi tələb edib. O isə bundan imtina edib. Bu məsələ ilə bağlı bütün danışıqlar telefon vasitəsilə qeydə alınıb, məhkəmə ekspertizası mərkəzində təsdiqlənib.

Qeyd edək ki, faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddə ilə cinayət işi başlanıb sonra vətəndaş təqsirləndirilən şəxsin həbs olunmaması ilə bağlı Daxili İşlər nazirinin qəbulunda olub və bundan sonra cinayət işi baxılması üçün 12 dekabr 2019-cu ildə DİN-nin Baş İstintaq və Təhqiqat idarəsinin Ağır Cinayətlərin İstintaqı İdarəsinə göndərilib.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol