• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial yardım almaq istəyənlərin NƏZƏRİNƏ

Sosial yardım almaq istəyənlərin NƏZƏRİNƏ
29.05.2020 09:28
Sosial yardımın təyin olunması müddəti azaldıla bilər.
 
Anews.az-ın xəbərinə görə, bu, "Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
 
Qanun layihəsinə əsasən, sosial yardımı almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunacaq.
 
Qüvvədə olan qanuna əsasən, bu müddət 2 il idi.
 
Qeyd edilib ki, ünvanlı dövlət sosial yardımının 2 il müddətinə təyin olunması, ailələrin bilərəkdən onların sosial yardım almaq hüququna və sosial yardımın məbləğinə təsir göstərən hər hansı məlumatları gizlətməklə sosial yardımın təyin olunmasına çalışmalarına səbəb olur. Ailənin gəlirləri dəyişkən olduğuna görə, uzunmüddətli təyinat zamanında sosial yardım işlərinə nəzarət çətinləşir, həm də ailənin gəlirində baş vermiş dəyişikliklə bağlı bilməyərəkdən məlumat verilmədikdə 1 illik məhdudiyyət tətbiq olunur. Həmçinin, aparılan monitorinqlər zamanı ailələrin qanunsuz hərəkətləri nəticəsində təyin olunmuş ünvanlı dövlət sosial yardımı işləri bəzi hallarda 1 ildən gec müddətə aşkar olunur ki, bu da dövlət büdcəsinin vəsaitinin itkisinə səbəb olur.
 
Təyinat müddətini qısaltmaqla, həm ailənin gəlirlərinin dəqiq müəyyənləşdirilməsi, həm də sosial yardım işlərinə nəzarət mexanizmi gücləndiriləcək.
 
Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, növbəti illərdə ünvanlı dövlət sosial yardımı və özünəməşğulluq proqramlarının genişləndirilməsi, həmçinin aktiv özünəməşğulluğa yönləndirilməsi proqnozlaşdırılır.APA

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol