• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial yardımla bağlı MÜHÜM DƏYİŞİKLİK

Sosial yardımla bağlı MÜHÜM DƏYİŞİKLİK
07.05.2020 14:54
Milli Televiziya və Radio Şurası (MTRŞ) son qərarları ilə bağlı bəyanat yayıb.

Anews.az "Milli Televiziya və Radio Şurası tərəfindən televiziya kanallarının efirinin məhdudlaşdırılması praktikası vətəndaşlarda, o cümlədən, media nümayəndələrində müəyyən haqlı suallar doğurur.

Bununla bağlı, Milli Televiziya və Radio Şurası ölkə ictimaiyyətinə aşağıdakıları bildirməyi vacib sayır:

Yayımçıların efirinin məhdudlaşdırılması praktikası bütün dünyada geniş tətbiq olunur. Belə məhdudlaşdırıcı tədbir Azərbaycan Respublikasının Qanunvericiliyində də ("Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanunun 23.1-ci maddəsi) öz əksini tapmışdır ki, bu da, Milli Televiziya və Radio Şurasına "Televiziya və radio yayımı haqqında” Qanunun tələblərinin pozulması hallarında televiziya və radio kanalların fəaliyyətini 1 ayadək müddətə məhdudlaşdırmağa (dayandırmağa) əsas verir.

Milli Televiziya və Radio Şurasında yayımçılar tərəfindən qanunvericiliyin tələblərinin pozulması hallarının siyahısı hazırlanmışdır. Hər bir qanun pozuntusuna görə müəyyən sanksiya nəzərdə tutulmuşdur ki, bu ya efirin 1, 3, 6 saat müddətə dayandırılması, yaxud qanunvericiliyə əsasən cərimə sanksiyalarıdır.

Son zamanlar yayımçılar tərəfindən törədilən çoxsaylı qanun pozuntuları, əsasən texniki xarakterdə olub teleradio yayımçılarının bu tədbirlərə hazırsızlıqları ilə əlaqədardır. Milli Televiziya və Radio Şurası ümid edir ki, may ayının sonlarına doğru belə qanun pozuntularının sayı azalacaq və ümumilikdə ölkənin teleradio məkanının təkmilləşdirilməsinə xidmət edəcəkdir.
Milli Televiziya və Radio Şurası bəyan edir ki, tənzimləyici orqan olaraq bütün yayımçılara bərabər və tərəfsiz münasibət bəsləyərək mövcud qanunvericiliyin tələblərinə əməl olunması təmin edilməlidir. Şuranın bu mövqeyi həm teleradio yayımçılarının, həm də milyonlarla tamaşaçının marağına xidmət edir".
Qeyd edək ki, MTRŞ-nin mayın 6-da iclası keçirilib. İclasda 1-3 may 2020-ci il tarixlərində ümumrespublika televiziya kanallarının efirinin monitorinqinin nəticələrinə baxılıb və bir telekanalın məhkəməyə verilməsi, ikisinin yayımının isə bir saatlıq dayandırılması ilə bağlı qərar qəbul edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol