• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir icra başçısının MİLYARDLIQ SƏRVƏTLƏRİ ÜZƏ ÇIXDI - SİYAHI

Daha bir icra başçısının MİLYARDLIQ SƏRVƏTLƏRİ ÜZƏ ÇIXDI - SİYAHI
07.05.2020 22:58
Daha bir icra başçısının MİLYARDLIQ SƏRVƏTLƏRİ ÜZƏ ÇIXDI - ŞOK SİYAHI


Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun sərvəti ilə bağlı şok siyahı yayıb.

Anews.az  AzSABAH.COM-a istinadla xəbər verir ki, o, bunları deyib: "Vilyam Hacıyevin hüdudsuz sərvəti ortaya çıxanda düşündüm ki, seçkilər zamanı Qazaxın icra başçısı Rəcəb Babaşovun da qanunsuz əldə etdiyi və mənə bəlli olan əmlakı haqqında yazım. Bəlkə onun qapısını da DTX döyər.

Sakinlərin dediyinə görə, əksər kəndlərin torpaq ərazilərini qohumu Elşən Babaşovun adına rəsmiləşdirib. Onun adına MMC də açıb. Buna görə də suvarma suyu sadə kəndliyə gedib çatmır, yalnız öz əraziləri üçün istifadə edir.

Bundan başqa, Bakının 20 sahə deyilən ərazisində mebel fabriki var.

Sabirabad rayonunda da çoxsaylı fermaları var. Qazaxdakı ərazilərindən yığdığı otu bu rayona göndərir. Yəni biznesi hərtərəflidir.

Bir neçə il əvvəl isə mediada Rəcəb Babaşovun sərvətinin siyahısı verilib və təkzib edilməyib. Maraqlı olar deyə, onları da təqdim edirəm:

– Sabirabad Rayonunun Qaralar kəndindəki iqamətgahı iki milyon manat;
– Bayıldakı Aran restoranı, Aran kafesi; "077-lər” adlı avtoyuması;
– Bakının Fatmeyi kəndindəki 5 milyonluq iqamətgahı;
– əlavə olaraq Bakıda 4 evi; o cümlədən Türkiyə və Almaniyada milyardlarla dövriyyəsi olan biznesi;
– ən ucuzu 200 min ABŞ dolları olan 10 ailə avtomobili.

P.S. Birini də bu günlərdə alıb - 450 minə, nömrəsi də 077-dir".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol