• $
  • €
  • ₽
  • ₺
  • £

İmranın anası: Mülki iddiamız yoxdur

İmranın anası: Mülki iddiamız yoxdur
18.07.2014 12:05
Övladımın xəsarət alması ilə bağlı faciəyə görə həbs olunan şəxslərə qarşı mülki iddiamız yoxdur. ANN.Az xəbər verir ki, bunu Teleqraf.com-a ötən il iyulun 21-də “Nabran Holiday Village” istirahət mərkəzində baş verən faciədə zərər çəkmiş azyaşlı İmran Cəfərzadənin anası Nürudə Cəfərzadə deyib. Onun sözlərinə görə, cinayət işi üzrə həbs olunan Aslan Hacıməmmədkərimov, Firdovsi İbrahimov, Ramiz Əhmədov və Rəşad Zərbəliyevin məhkəməsi davam edir. O, bildirib ki, Xaçmaz rayon Məhkəməsində davam etdirilən prosesdə sübutlar araşdırılır. Təqsirləndirilən şəxslərə qarşı mülki iddia qaldırmadıqlarını deyən N.Cəfərzadənin sözlərinə görə, məhkəmənin yekun qərarı olmadan bir söz deyə bilmirlər:“Hazırda məhkəmə davam edir. Məhkəmədə atam deyib ki, uşaq 25 yaşına qədər xüsusi hazırlanmış ayaqqabı ilə gəzəcək. Məhkəmədə atam həmçinin bildirib ki, bizdə sənədlər var, həmin sənədlərə əsasən, uşağın Almaniyada ayaqqabısının hazırlanması üçün 1 milyon yarımdan çox xərc lazımdır. Atam bunu məhkəmədə ifadəsində deyib. Amma bəzi mətbuat orqanları bunu təzminat tələbi kimi yazıblar. Biz məhkəmədə hər hansı bir təzminat tələb etməmişik”. N.Cəfərzadə məhkəmədə təqsirləndirilən şəxslərə qarşı hansısa cəza tələb etmədiklərini deyib:“Məhkəmədə biz cəza ilə bağlı mövqeyimizi ifadə etməmişik. Məhkəmənin yekun qərarı olandan sonra mövqeyimizi açıqlayacağıq”.Qeyd edək ki, hadisə ilə bağlı 4 nəfərin -  Xaçmaz rayonu, Xudat şəhər sakinləri Aslan Hacıməmmədkərimov, obyektin icarədarı İbrahimov Firdovsi Ağamusa oğlu, Əhmədov Ramiz Süleyman oğlu və Sumqayıt şəhər sakini Rəşad Zərbəliyevin barələrində həbs-qətimkan tədbiri seçilib.İttihama görə, ötən il iyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadənin Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində xəsarət alaraq Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilməsi barədə rayon Prokurorluğuna daxil olmuş məlumat əsasında rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb, məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.Aparılmış araşdırmalarla müəyyən edilib ki, İ.Cəfərzadə atası ilə birlikdə qeyd edilən tarixdə saat 12:30 radələrində istirahət etdikləri mərkəzin ərazisindəki hovuzun içərisində suda olarkən hovuzun yaxınlığında quraşdırılmış “Akvapark” adlanan qurğu işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından yaxınlıqda olan azyaşlı İ.Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə daxil olaraq ağır bədən xəsarətləri alıb.Hazırda Xaçmaz rayon məhkəməsində proses davam edir.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol