• $
  • €
  • ₽
  • ₺
  • £

Xəstəni bir tibb müəssisəsindən digərinə köçürmək olmur? - AÇIQLAMA

Xəstəni bir tibb müəssisəsindən digərinə köçürmək olmur? - AÇIQLAMA
28.05.2020 19:22

Ölkədə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində karantin rejimi tətbiq edilir. Karantin rejimi normaları çərçivəsində tibb müəssisələrində xəstələrlə görüşün məhdudlaşdırılmasına qərar verilib.

Oxu.Az xəbər verir ki, bəzi vətəndaşlar xəstəxanalarda müalicə alan yaxınlarını bir tibb müəssisəsindən başqasına köçürməkdə çətinlik çəkirlər.

Belə ki, vətəndaş iddia edir ki, tibb müəssisələri ölkə ərazisində koronavirus infeksiyası səbəbindən digər pasiyentlərin sağlamlıqlarını müdafiə etmək məqsədilə başqa xəstəxanalardan xəstə köçürülməsindən imtina edir:

 

"Yaxın qohumum paytaxtda fəaliyyət göstərən dövlət xəstəxanalarından birində mədə və qaraciyərindən müalicə olunur. Xəstəni özəl klinikalardan birinə köçürmək istəyirəm. Lakin ölkə ərazisində COVID-19 şübhəsi ilə bağlı məqamları əsas götürərək, bundan imtina edirlər. Məsələ ilə bağlı aidiyyəti orqanlara müraciət etsək də, cavab ala bilmirik”.

Mövzu ilə əlaqədar Oxu.Az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət edib.

TƏBİB-in Mətbuat Xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib ki, pasiyentlərin bir xəstəxanadan digərinə köçürülməsi ilə bağlı prosedur qaydaları var:

"Xəstəxanalarda müalicə alan şəxslərin ailə yaxınları ilə görüşlərinin məhdudlaşdırılması karantin rejiminin tələblərinə uyğun olaraq tənzimlənir. Ailə yaxınları tərəfindən pasiyentlərin tibb müəssisəsindən çıxarılıb, hər hansı başqa xəstəxanaya aparılmasında isə problem ola bilməz. Prosedur qaydalarına görə, xəstədən öz istəyi ilə müalicə aldığı mərkəzi tərk etmək istədiyinə dair izahat alınır.

Daha sonra xəstədən COVID-19-a qarşı analiz götürülür. Analizin cavabları barədə xəstəlik vərəqəsində qeyd aparılır. Əgər cavablar neqativ (mənfi) çıxıbsa, bu, pasiyentin xəstəxanadan çıxarış vərəqəsinə qeyd edilir. Digər xəstəxanalar isə həmin çıxarış vərəqəsi əsasında xəstəni müvafiq şöbədə yerləşdirə bilir. Burada hər hansı çətinlik yoxdur”.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol