BNA: Pandemiyadan sonra kartlaşma davam etdiriləcək

"Pandemiyadan əvvəlki dövrdə avtobuslarda kartlaşma prosesi sürətlənmişdi. Bu proses təkcə Bakı Nəqliyyat Agentliyi tərəfindən deyil, agentliyin tərəf müqabilləri olan xarici şirkətin nümayəndələri tərəfindən də həyata keçirilir. İndiki dövrdə uçuşlarda məhdudiyyət olduğu üçün onlar da öz ölkələrindədir. Buna baxmayaraq, proqram təminatındakı bəzi zəruri məsələlər videokonfrans vasitəsilə bizimlə onlar arasında danışılır, yəni işlərimiz davam etdirirlir. Bu pandemiya təkcə kart məsələsi deyil, bir çox məsələlərə təsirini göstərib. Pandemiyadan sonra biz hansı yerdən qalmışıqsa, o yerdən də işimizi davam etdirəcəyik”.
"Report” xəbər verir ki, bunu "AVTO FM” radiosunun efirində qonaq olan BNA-nın rəsmi nümayəndəsi Vüqar Məmmədzadə deyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























