• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncədə evlərdən oğurluq edən şəxslər saxlanılıb - FOTOLAR

Gəncədə evlərdən oğurluq edən şəxslər saxlanılıb  - FOTOLAR
28.05.2020 22:54
        
Gəncə şəhər Baş Polis İdarəsinin və tabeli qurumlarının  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində may ayının 1-də şəhər  ərazisində 4 fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, 25 yaşlı Vüsal Qasımov yaşadığı küçədə,  4 fərdi yaşayış evinin pəncərəsindən daxil olaraq, ümumilikdə  5900 ABŞ dolları, 11000 rus rublu, 5000 manat nağd pul, 3000 ABŞ dolları dəyərində qızıl  qolbaq, 1 ədəd 1800 manat dəyərində televizor, hər birinin dəyəri 500 manat olan 2 ədəd qol saatı, 1 ədəd 250 manat dəyərində ütü və dəyəri 300 manat olan 1 ədəd yataq dəsti örütüyünü oğurlayıb. Bundan başqa polis əməkdaşları V. Qasımovun şəhər ərazisindən daha 2 fərdi yaşayış evindən spirtli içkilər və məişət əşyalarını oğurlamasını müəyyən edib.

BPİ-nin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində baş verən daha bir oğurluq hadisəsini törədən şəxsin kimliyi müəyyən edilib. Belə ki, mayın 5-də şəhər sakininə məxsus mənzilə gizli yolla daxil olaraq oradan 800 manat dəyərində televizoru oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Həsənov maddi sübutla birlikdə saxlanılıb.

Faktlarla  bağlı araşdırmalar davam etdirilir.
 




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol