• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Sumqayıt yolundakı söküntü işləri nə dərəcədə təhlükəlidir? - AÇIQLAMA + VİDEO

Bakı-Sumqayıt yolundakı söküntü işləri nə dərəcədə təhlükəlidir? - AÇIQLAMA + VİDEO
11.05.2020 13:35
Sürücülər Bakı-Sumqayıt yolunda sökülən divarların təhlükəli vəziyyətdə qaldığını bildirirlər.


Oxu.Az xəbər verir ki, bu barədə məlumat ünvanlanan müraciətdə qeyd olunub.


Vətəndaş Bakı-Sumqayıt yolunun genişləndirilməsi istiqamətində aparılan yenidənqurma işlərinin müsbət ilə yanaşı, mənfi tərəflərinin də olduğunu deyir:
"Yollarda görülən işləri müsbət qiymətləndirirəm. Lakin bəzi məqamlar diqqətdən kənarda qalır. Xırdalan dairəsi kimi tanınan ərazidə yolun kənarında sökülən divarların bir hissəsinin bu cür vəziyyətdə saxlanılması qəzaya səbəb ola bilər. Xahiş edirəm ki, buna diqqət edilsin”.


Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında deyib ki, sözügedən ərazidə həmin divarlar artıq sökülüb:


"Videogörüntülərdə təsvir edilən tunelin köhnə divarlarıdır. O divarlar uzun müddət o şəkildə qalmayıb və sökülüb. Artıq yeni tunelin tikintisinə başlanılıb. Yeni tunelin istinad divarları saxlanılıb, köhnə tunelin arakəsmə divarı isə sökülüb. Təbii ki, o vəziyyətdə divarın saxlanılması mümkün deyil. Yenidənqurma işləri davam etdirilir”.  

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol