Koronavirusun ən çox yayıldığı bu rayonda genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir

Gəncədə koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir.
Bunlardan biri də mütəmadi olaraq aparılan dezinfeksiya işləridir. Gəncənin küçə və prospektlərini, habelə çoxmənzilli binaları əhatə edən dezinfeksiya işləri xüsusi qrafik üzrə həyata keçirilir.
Mütəmadi davam edən işlərə Dezinfeksiya Stansiyasının əməkdaşları ilə yanaşı, MKTİB-in 100-ə yaxın xüsusi təlim keçmiş işçisi və onlarla texnikası cəlb edilib.
www.anews.az
























