"Qatar Airways"dən bu tibb işçilərinə jest – Pulsuz bilet alacaqlar

Qatar Hava Yolları, COVID-19-a qarşı mübarizə aparan tibb işçilərinə 100 min ədəd pulsuz aviabilet verəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə "Qatar Airways” məlumat yayıb. Məlumata görə, ödənişsiz avia bilet gediş-dönüş olmaqla tibb işçilərinə və onlarla səyahətə gedəcək ikinci şəxsə də veriləcək. Alınan biletlərlə "Qatar Airways”in istənilən uçuş nöqtəsinə getmək mümkün olacaq.
"Dünyanın bir çox ölkəsindəki tibb işçilərinə pandemiya qarşısında göstərdikləri qəhrəmanlıq səylərinə görə təşəkkürümüzü təqdim edirik ədiyyə edəcəyimiz 100 min avia bilet 12-18 May aralığında onlayn qaydada təqdim ediləcək” - deyə, açıqlamada qeyd olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























