• $
  • €
  • ₽
  • ₺
  • £

İcra başçısı qorxu içində: maaş kartlarını “qaytarır” – FAKTLAR

İcra başçısı qorxu içində: maaş kartlarını “qaytarır” – FAKTLAR
29.05.2020 09:25
Dövlət Təhlükəsizliyi Xidmətinin rayon icra hakimiyyətlərində apardığı uğurlu əməliyyatlar və rüşvətxorluq faktlarını aşkara çıxarması bəzi rayon başçılarında ciddi narahatlıq yaradıb.
 
Anews.az-ın xəbərinə görə, uzun müddətdir "ənənəvi qaydada” fəaliyyət göstərənlərdən biri də Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevdir.
 
Artıq V.İsayevin göstərişi ilə ictimai işə cəlb edilən şəxslərin kartlarının "qaytarılması” prosesinə başlanılıb. Qeyd edilir ki, ictimai işlərə cəlb edilən şəxslər Bərdə şəhər bələdiyyəsinə dəvət edilir və onlardan "izahat” da alınır. İzahatda isə sözügedən şəxslər "könüllü olaraq” bildirirlər ki, maaş kartları hər zaman "özlərində” olub, heç vaxt icra başçısının seyfində saxlanılmayıb.
 
Bu gülünc izahatın niyə alındığı və hansı qara gün üçün saxlanıldığı bəlli olmasa da, bu, Bərdə İH-nin ilk belə cəfəng "əməliyyatı” deyil. Bir müddət öncə İsmayıllı rayon icra başçısının karantin rejimini pozduğuna görə Prezident sərəncamı ilə töhmət almasının ardınca Bərdə icra başçısının onlayn konfransa tibbi maska ilə çıxması birmənalı qarşılanmamışdı. Onlayn konfrans zamanı tibbi maskadan istifadə tələb etməsi başçını gülüş hədəfinə çevirmişdi.
 
Müəllimlərin maaşı kəsildi
 
Bərdə rayonu ilə bağlı daha bir məlumat isə orta məktəb müəllimlərinin maaşının kəsilməsidir. Rayondakı mənbənin verdiyi məlumata görə, DTX-nın ciddi əməliyyatlarına baxmayaraq, Bərdə məktəblərində müəllimlərdən pul yığılması bu ay da davam edib. İddia olunur ki, müəllimlərə onsuz da işləmədikləri, onlayn dərs keçmək imkanlarının da məhdud olduğu bildirilərək, "aldıqlarına şükür etmələri” məsləhət görülüb.
 
Yevlaxda əzəmətli villa
 
Daha bir maraqlı məqam Bərdə icra başçısının Yevlaxdakı evi ilə bağlıdır. Qeyd olunur ki, icra başçısı Yevlaxda yerləşən mülkünün böyür-başındakı evləri alaraq, həyətinə qatıb və villasının əzəmətini artırıb.
 
Yevlaxdakı mənbəmizin sözlərinə görə isə V.İsayevin alıb villasına daxil etdiyi ev sürücüsünə məxsusdur. Belə ki, V.İsayev sürücüsünün evindən bir neçə dəfə baha qiymətə - 50 minə kənarda ev alıb və onu sürücüsünə bağışlayıb. Əvəzində isə villasının arxasında yerləşən sözügedən evi öz həyətinə birləşdirib.
 
Balıq vətəgələri
 
Yevlax-Bərdə yolunun üstündə hazırda yerləşən balıq vətəgələrinin də V.İsayevə aid olduğu iddialar sırasındadır.
 
Bildirilir ki, vaxtilə həmin ərazilərdə qaçqın və məcburi köçkünlər məskunlaşıb. Daha sonra dövlət proqramı əsasında onlara mənzillər inşa olunub və məcburi köçkünlər həmin mənzillərə yerləşdirilib. Boşalan əraziləri isə V.İsayev qohumlarının adına sənədləşdirərək, orda "balıq sənayesi” qurub.
 
Faktlarla bağlı sözügedən qurumlara sorğu göndərilib.axar.az

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol