• $
  • €
  • ₽
  • ₺
  • £

Pandemiyaya görə zərər çəkən sahibkarlara ödənilən məbləğ açıqlandı

Pandemiyaya görə zərər çəkən sahibkarlara ödənilən məbləğ açıqlandı
29.05.2020 10:24
Pandemiya nəticəsində zərər çəkmiş sahibkarlara 96 milyon 106 min manat maliyyə dəstəyi göstərilib.

Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün dövlət büdcəsindən bugünkü tarixə qədər 21 tranş çərçivəsində 96 milyon 106 min manat ayrılaraq, maliyyələşməsi həyata keçirilib.

Sahibkarların müraciəti ilə İqtisadiyyat Nazirliyi tərəfindən formalaşdırılaraq təqdim olunmuş sifarişlər əsasında Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının ödənilməsi üçün 21 min 817 vergi ödəyicisinə 43 milyon 585 min manat, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 87 min 300 fərdi (mikro) sahibkara 52 milyon 515 min manat olmaqla, ümumilikdə 109 min 117 vergi ödəyicisinə 96 milyon 106 min manat vəsaiti onların bank hesablarına köçürüb.

Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara Azərbaycan Prezidentinin sərəncamı ilə ayrılan vəsait hesabına maliyyə dəstəyinin ödənilməsi tapşırılıb və İqtisadiyyat Nazirliyinin sifarişləri əsasında Xəzinədarlıq orqanları tərəfindən maliyyələşmə davam etdirilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol