Tanınmış jurnalistə vəzifə verildi

Tanınmış jurnalist Sevinc Fədai yeni yaradılan xəbər saytına Baş redaktor təyin edilib.
Qaynarinfo-nun verdiyi xəbərə görə, Sevinc xanım bir neçə gün əvvəl fəaliyyətə başlayan Hit.Az - Xəbər portalına rəhbərlik edəcək.
O, indiyə qədər Aznews.az, AzVision.az, "Gündəlik Teleqraf”, Xeber365.az kimi media orqanlarında və Azərbaycan Dövlət Tərcümə Mərkəzində çalışıb. Qadın və Uşaq Akademiyası İctimai Birliyinin sədridir.
Hit.Az Xəbər Portalı yeni təsis edilən "MediaHit" qrupuna daxildir. Sayt ölkə və dünya gündəmi ilə bağlı operativ xəbər, təhlil və multimedia məlumatlarının yayımı ilə məşğuldur. Öz fərqli dizaynı və istifadə rahatlığı ilə diqqət çəkən Hit.Az qısa zamanda ölkənin əsas informasiya resurslarından birinə çevrilməyi hədəfləyir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib