• $
  • €
  • ₽
  • ₺
  • £

Polis 4 rayonda əməliyyat keçirdi: Həbs olunanlar var

Polis 4 rayonda əməliyyat keçirdi: Həbs olunanlar var
29.05.2020 08:43
Polis 4 rayonda əməliyyat keçirdi: Həbs olunanlar var
Bakıda polis narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.
Anews.az Teleqraf.com-a istinadən xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cu (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmma) maddəsi ilə məhkum olunmuş Baba Pənahov saxlanılıb.
 
Üzərinə baxış keçirilərkən ondan 1, 850 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Bundan başqa, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Novxanı qəsəbəsində yaşayan Fuad Nağıyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan narkotik vasitə olan heroin və metamfetamin, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 34 ədəd çətənə kolu aşkar edilib.
Oxşar əməliyyat Tərtər rayonunda da keçirilib.
Tərtər rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Poladlı kənd sakini T.Salahovanın həyətyanı sahəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan yabanı halda bitmiş 60 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Bundan başqa, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini İ.Qasımovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş "TOZ-66" markalı ov tüfəngi, 3 ədəd patron götürülüb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol