Nazirliyə «şapka» verən şirkətin QAZANDIĞI TENDERLƏR - FOTOLAR

Xəbər verildiyi kimi, Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin həbsi ilə nəticələnən DTX əməliyyatında nazirliyin bəzi tenderləri və bu tenderləri qazanan şirkət, eləcə də tenderlər zamanı verilən rüşvət halları haqqında da məlumat verilir.
Əməliyyat barədə açıqlanan məlumatlara görə, Binəqədi rayonu İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasının əsaslı təmiri və yenidənqurulma işləri üçün alınan 11 milyondan artıq vəsaitin təqribən 900 min manatı «şapka» kimi nazirliyə qaytarılıb.
Şirkətin rəhbəri Şamxal Ağaşirinov bildirib ki, müqavilədə nəzərdə tutulan 11 milyon manat vəsaitin 6 milyon manatı «Piramida-F.R» MMC-yə ödənilib. Ondan ƏDV məbləğini çıxandan sonra qalan məbləğin 20%-i, təqribən 900 min manatı «otkat» kimi nazirliyə qaytarılıb.
Müəssisə rəhbəri 11 milyon manatlıq məbləğin qalan hissəsinin taleyi ilə bağlı məlumat verməyib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























