• $
  • €
  • ₽
  • ₺
  • £

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözçüsünə CAVAB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözçüsünə  CAVAB
29.05.2020 11:20
Mayın 15-də saytımızda "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "190 manat" şousu" adlı məqalə dərc olunub. Məqalə redaksiyamıza daxil olan vətəndaş şikayətləri əsasında hazırlanıb və nazirlik rəsmilərinin reaksiyası yazıda yer alıb.   
 
Amma yazımız bizə müsahibə verən nazirlik rəsmiləri tərəfindən deyil,  nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov tərəfindən narazılıqla qarşılanıb. Öz Facebook hesabında  cənab Talıbov aşağıdakı fikirləri ilə bölüşüb:
 
"Anews.az saytı qərəzli, təhrif olunmuş məlumatları özündə əks etdirən yazı paylaşıb. Saytın Gülnar adlı əməkdaşı "araşdırma” adı altında hazırladığı yazıya diqqət edək.

Jurnalist yazıda qeyd etdiyi şəxsləri birdəfəlik ödəmə üçün özü qeydiyyatdan keçirib. Dediyinə görə yaxın tanışlarıdır. O, yazıda vətəndaşların adlarını yazmayıb. Amma biz qeyd edək. Söhbət Ulduz Bağırova adlı vətəndaşdan gedir. Gülnar xanım Ulduz Bağırovanı qeydiyyatdan keçirən zaman həyat yoldaşının FİN nömrəsi yerinə "SUBAY” sözünü yazıb. Ola bilər ki, Ulduz Bağırova subaydır. Amma şəxsiyyət vəsiqəsində evli qeyd edildiyi üçün elektron sistem bunu təhrif olunmuş məlumat kimi qəbul edir. Müraciətlər məlum olduğu kimi, müxtəlif dövlət orqanına məxsus 25 elektron bazadan yoxlanılır. Gülnar xanım evli şəxsə "SUBAY” yazaraq məlumatları təhrif etdiyini və bu səbəbdən də vətəndaşın birdəfəlik ödəmədən məhrum olmasına səbəb olduğunu qəbul etmək istəmir.

Yazıda qeyd edilən digər vətəndaş isə Lənkəran rayon sakini Milanə Bağırzadədir. Həmin xanıma işsiz statusu vermək mümkün olmadığından ("Məşğulluq haqqında” Qanunun 4.1.3-cü maddəsinə əsasən) müraciətinə imtina edilib. Jurnalist xanım burada da qərəzini gizlətməyərək qeyd edir ki, Milanə Bağırzadəyə birdəfəlik ödəmə ilə bağlı imtina verildikdən və guya ki, sayt bunu ictimailəşdirdikdən sonra iş təklifi edilib.

Diqqətinizə çatdıraq ki, xüsusi karantin rejimi dövründə işsiz vətəndaşlar üçün birdəfəlik ödəmə proqramı ilə yanaşı, haqqı ödənilən ictimai iş yerləri də təklif edilir. Elə Milanə Bağırzadə də dövlətin dəstəyindən kənarda qalmayıb. Çünki ona qanuna uyğun olaraq birdəfəlik ödəmə şamil olunmadığından iş təklif edilib. Və artıq vətəndaş öz razılığı və istəyi ilə ictimai işə cəlb edilib.

Bir daha media nümayəndələrinə hər hansı bir vətəndaş müraciəti ilə bağlı yazı hazırlayarkən, qarşı tərəfin fikrini öyrənməyi və bunu olduğu kimi ictimaiyyətə çatdırmağı təklif edirik", - deyə Fazil Talıbov yazıb. 
 
Hazırladığımız  yazıda nazirliyin Məşğulluq idarəsinin mətbuat xidmətinin rəhbəri Əsmər Nəcməddin qızının fikirlərinin geniş  yer aldığı  halda  cənab Talıbovun  media nümayəndələrinə " hər hansı bir vətəndaş müraciəti ilə bağlı yazı hazırlayarkən, qarşı tərəfin fikrini öyrənməyi" tövsiyyə etməsi bu yazının ümumiyyətlə Fazil Talıbov tərəfindən oxunmaması qənaəti yaradır. 
 
Odur ki, "təkrar biliyin anasıdır" deyimini əsas tutaraq Fazil Talıbova bir daha  qaldırdığımız problemin nədən ibarət olduğunu  izah etməyə çalışmaq qərarına gəldik. 
 
Cənab Talıbov Sİzə bildiririk ki, məqaləmizdə adı çəkilən  Ulduz Bağırova adlı vətəndaş qeydiyyatdan keçirilən vaxt e-sosial.az saytında vətəndaşın həyat yoldaşının fin kodunu yazmaq tələbi nəzərdə tutulmamışdı. Fin kod tələbi sonrakı günlərdə nazirliyin proqramçıları tərəfindən əlavə edilib.  Məşğulluq idarəsinin sözçüsü Əsmər Nəcməddinqızına bununla bağlı zəngimizə cavabında bildirmişdi ki,  bu onsuzda araşdırıldıqdan sonra qərar veriləcək və bu şəkildə qeydiyyatdan keçən vətəndaşlar üçün problem yaratmayacaq. Odur ki, vətəndaşın evliliyini gizlətməsi kimi iddianın nazirlik sözçüsü tərəfindən irəli qoyulması ən azı həqiqətə uyğun deyil. Vətəndaş heç bir informasiyanı gizlətməyib. Xanımın əri Rusiya vətəndaşı olub və vəfat edib. Odur ki,nazirliyin xanımı evli olması barədə informasiyanı gizlətməkdə qınaması və həyat yoldaşının öldüyü təqdirdə ona kompensasiyada imtina edilməsi nazilik məmuru tərəfindən yol verilmiş səhvdir və buna görə cənab Talıbov bizi qınamaq yerinə həmin xanımın qarşısında üzr istəməli və dövlətin  ayırdığı müavinatı almasına şərait yaratmalıdır. 

Fazil Talıbov digər vətəndaş haqqında qeyd edib ki, ona işsizlik statusu verilə bilməz və vətəndaşa  190 manatlıq birdəfəlik ödəmə düşmür.  Mətbuat sözçüsü onu da qeyd edib ki,  "guya sayt bunu ictimailəşdirdikdən sonra xanıma iş təklifi olub".
 
Düzü anlamadıq cənab Talıbov "guya" dedikdə nəyi nəzərdə tutur. Amma məsələ bundan ibarətdir ki, məsələ ilə bağlı Əsmər Nəcməddinqızına müraciət etdiyimiz gün xanıma iş təklifi gəlib. İmtina cavabı gələn zaman isə vətəndaşa heç bir iş təklifi edilməmişdi. İnsan faktiki işsiz olduğu halda ona qanunla nəzərdə tutulan "190 manatlıq müavinat" ayrılmamışdı. 
 
Həmçinin qaydalara görə,  18 yaşına çatmış hər bir vətəndaş işsiz olduğu halda 190 manat birdəfəlik yardım üçün müraciət etmək hüququ var. Milanə Bağırzadə adlı vətəndaşın da şəxsi adında heç bir pay torpağı,  mülkü,  maşını və ən əsası heç bir gəlir yeri yoxdur. Necə olur ki, belə olan halda vətəndaşa "siz işsizlik statusunu ala bilmərsiz və aztəminatlılıq meyarına uyğun gəlmirsiz" mesajı göndərilib? Ya nazirlik düzgün yoxlama aparmadığı halda bu mesajı göndərib, ya da vətəndaşın özünə aid olan gəlirindən xəbəri yoxdur. Görəsən bunu araşdırıb vətəndaşa yardım etmək yerinə nədən cənab Talıbov jurnalistləri qınamağa üstünlük verib?  
 
Onu da qeyd edək ki, vətəndaşa iş e-sosial.az saytında vətəndaş qeydiyyatdan keçdiyi gündən etibarən 5 iş günü ərzində iş təklif olunmalı və o, imtina etdiyi halda ona işssiz statusu verilməli idi. Necə olur ki, vətəndaşın qeydiyyatdan keçdiyi aprel ayından imtina mesajı alana qədər iş təklifi olunmayıb. Əgər bu  jurnalist qərəzi kimi dəyərlləndirilirsə bu əmələ yol verən məmuru və vətəndaşı dövlətə qarşı qoyan məmura haqq qazandıran sözçünü nə adlandırmaq olar?   

Fazil Talıbov özünə mətbuatda gedən yazılara rəy bildirib post yazdığı vaxt həmin postların altında şikayət edən vətəndaşların problemlərini lazımı olan yerlərə yönləndirsə daha vacib iş görmüş olardı. 
 
Həmçinin bildiririk ki,  qərəzli dediyiniz jurnalist karantin vaxtında və ondan qabaq və sonrakı dövrlərdə də nazirliyə aid olan bütün xəbərləri yazıb ictimaiyyətə çatdırıb. Bu da o deməkdir ki, nazirlik sözçüsünün qərəzlilik anlayışından sadəcə xəbəri yoxdur.

Əgər nazirlik bu qədər vətəndaşları doğru şəkildə məlumatlandırırsa niyə hələ də Nazirlər Kabinetinin 127 nömrəli qərarına dəyişiklik  barədə ictimaiyyətə açıqlama vermir? Belə ki, həmin qərarda vətəndaşın ev, maşın, torpaq payına malik olduğu halda təminatlı və məşğul sayıldığı nəzərdə tutulmayıb. Yaxşı olar ki, nazirlik sözçüləri heç olmasa bir dəfə bu məsələyə aydınlıq gətirsinlər. İnsanın maşını varsa və o, işsizdirsə nə etməlidir? Maşını və ya torpağı ilə qidalanmalıdırmı? Biz əminik ki, bu sualın cavabı var , amma bunu açıqlayacaq sözçü yoxdur. Təəssüf ki, cənab Talıbov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və  nazir Sahil Babayevin fəaliyyətini işıqlandırmaq, neqativ informasiyanı pozitivə çevirmək yerinə, nazirliyə qarşı  layiq olmadığı neqativ münasibət  formalaşdırır və faktiki özü də istəmədən bu qurumun "qara PR"-ı ilə məşğul olur. Buna əmin olmaq üçün nazirlik sözçüsünün sosial şəbəkədəki hesabında yer alan postların altında yazılan şərhlərə baxmaq kifayətdir.
 
Bizim KİV olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və şəxsən Sahil Babayevə qarşı heç bir qərəzimiz yoxdur. Biz sadəcə hüququ pozulmuş vətəndaşlarla nazirlik arasında körpü yaratmaq və vətəndaşlara kömək etmək istəyirik. Ümid edirik ki, məqsədlərimiz eynidir cənab Talıbov. 
 
Gülnar Nazimqızı

www.anews.az
 
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol