Azərbaycanda bu rayonda həkim koronavirusa yoluxdu

Azərbaycanda bu rayonda həkim koronavirusa yoluxdu...
Azərbaycanda daha bir səhiyyə işçisi koronavirusa yoluxub.
Anews.az-ın məlumatına görə, Gədəbəy rayon Mərkəzi Xəstəxanasının ginekoloqu Çimnaz Əliyeva koronavirusa yoluxub. Ç. Əliyeva ilə yanaşı ailə üzvlərində də koronavirus infeksiyası aşkarlanıb.
Virus səbəbindən Gədəbəy rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti məhdudlaşdırılıb və tibb müəssisəsinin yalnız reanimasiya şöbəsi fəaliyyət göstərir..
Xəstəxanadan verilən açıqlamada Ç. Əliyevanın koronavirus infeksiyasına yoluxması faktı təsdiqlənib.
Qeyd edək ki, Ç. Əliyeva və ailə üzvləri Bakıya gətirilərək xəstəxanalardan birinə yerləşdiriliblər.Unikal.org
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























