• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir məktəbimizdə qalmaqal: Valideynlər etiraz edirlər

Daha bir məktəbimizdə qalmaqal: Valideynlər etiraz edirlər
17.07.2014 15:41
Səbail rayonu Bayıl qəsəbəsində yerləşən 49 saylı orta məktəbin şagirdləri və onların valideynləri etiraz edirlər. Buna səbəb adıçəkilən məktəbdə rus bölməsinin bağlanmasıdır. ANN.Az xəbər verir ki, məsələ ilə bağlı ANS PRESS-ə daxil olan şikayətdə bildirilənə görə, 49 saylı orta məktəbdə rus bölməsi bağlandığına görə, şagirdlərin Bayıl qəsəbəsində yerləşən digər təhsil müəssisəsinə - 203 saylı məktəbə köçürülməsinə başlanılıb. Valideynlərin sözlərinə görə, 203 saylı orta məktəb sürüşmə zonasında yerləşir. Buna görə də onlar narahatdırlar. “Həmin zonada dəfələrlə torpaq sürüşmələri olur. Bundan başqa kim bizə zəmanət verə bilər ki, 203 nömrəli məktəbdə təhsil səviyyəsi daha yaxşı olacaq”.Şikayətçilərin sözlərinə görə, şagirdlərin digər məktəblərə köçürülməsinə icazə verilmir. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tapşırıq verib ki, şagirdlər məhz 203 saylı məktəbə yerləşdirilməlidir.Məsələ ilə bağlı BŞTİ ilə əlaqə saxladıq. İdarənin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 49 saylı orta məktəbdə rus bölməsində müəllim çatışmazlığını və qanunvericiliyə uyğun olaraq siniflərdə şagird komplektləşdirilməsi minimumu təmin olunmadığı üçün bağlanır.“Ona görə də bu məktəbin həm rus bölməsində çalışan müəllimlərin, həm də təhsil alan şagirdlərin yaxınlıqda yerləşən 203 saylı məktəbə köçürülməsinə dair qərar qəbul edilib. Bununla mümkün ixtisarların qarşısı alınıb. Hər iki məktəbdə isə təhsil səviyyəsi eynidir. Qeyd edilən məktəblərin rus bölməsində çalışan müəllimləri BŞTİ tərəfindən keçirilən Sınaq Qiymətləndirilməsində yüksək nəticə göstərib”.Şagirdlərin köçürülməsinə gəlincə, BŞTİ-dən bildirdilər ki, valideynlər övladlarını istədikləri digər məktəblərə də yerləşdirə bilər.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol