600 mindən çox istifadəçi ölkənin ən reytinqli virtual müştəri xidməti aləti olan “Mənim Bakcellim”i seçir

600 mindən çox aktiv istifadəçisi olan
"Mənim Bakcellim” ölkənin mobil operatorları tərəfindən təqdim olunan tətbiqetmələr
arasında ən çox seçilən proqramdır.
Bu aplikasiya 600 min dəfədən çox yüklənilməklə
Azərbaycanın telekom tətbiqetmələri arasında ən yüksək reytinqi qazanıb. Bundan
əlavə, "Mənim Bakcellim” ümumi reytinqlərdə də yüksək nəticə göstərərək Azərbaycanın
ən populyar pulsuz tətbiqetmələri sırasında yer alıb. Həmçinin, istifadəçilərin
83 faizi bu tətbiqetməyə 5+ reytinqini verib.
Abunəçiləri ən üstün müştəri təcrübəsi
ilə təmin etmək məqsədilə iki il bundan əvvəl istifadəyə verilmiş bu virtual müştəri
xidmətləri aləti məlumat mərkəzinə zəng etmədən və xidmət mərkəzinə getmədən
mobil nömrə ilə istənilən əməliyyatı həyata keçirmək üçün çox rahat və sadə
üsuldur. "Mənim Bakcellim”dən tamamilə pulsuz istifadə edən abunəçilər eyni
zamanda balans, aktiv bonuslar, istifadə etdikləri xidmət və ya məhsulun qüvvədən
düşmə tarixi, balansda qalan meqabaytlar və nömrə barədə digər məlumatları
asanlıqla əldə edə bilirlər. Bundan əlavə, "Mənim Bakcellim” istifadəçiləri zəng
olunmuş nömrələrin siyahısı, zənglərin vaxtı və müddəti və sərf olunmuş məbləğlər
daxil olmaqla nömrənin istifadə tarixçəsinə aid bütün məlumatlara tam nəzarət
edirlər. Həmçinin, Bakcell xidmətlərinə aid suallara tez bir zamanda cavab
almaq üçün onlayn çat funksiyası vasitəsilə Bakcell əməkdaşları ilə əlaqə saxlamaq
mümkündür.
"Bakcell öz abunəçilərini ən üstün müştəri
təcrübəsi ilə təmin etmək üçün böyük işlər görür. Biz "Mənim Bakcellim”i
bazarda ən seçilən və ən yüksək reytinqlərə malik olan aplikasiya kimi görməkdən
çox məmnunuq. "Ookla” tərəfindən dəfələrlə ən üstün və ən sürətli mobil şəbəkə
olaraq tanınan Bakcell şəbəkəsi vasitəsilə abunəçilərimizə yüksək keyfiyyətli
xidmət göstərmək üçün əlimizdən gələni etməyə davam edəcəyik”, deyə Bakcell
şirkətinin baş icraçı direktoru Rainer Ratgeber bildirib.
"Mənim Bakcellim” mobil tətbiqetməsini
Android və iOS sistemləri ilə çalışan cihazlar üçün "Google Play” və "Appstore”
portallarından pulsuz yükləmək olar. Qeyd edək ki, qeydiyyatdan keçəndən sonra
abunəçilər kompüter və planşet kimi cihazlarda "Mənim Bakcellim”
proqramının "desktop” versiyasından
yararlana bilərlər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























