• $
  • €
  • ₽
  • ₺
  • £

Daha onlar üçün Azərbaycanda ev tikilməyəcək

Daha onlar üçün Azərbaycanda ev tikilməyəcək
17.07.2014 14:00
Bundan sonra Azərbaycanda əlilliyi olan şəxslər və şəhid ailələri üçün binalar tikilməyəcək.APA-nın xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin (DSTX) rəisi Çingiz Əliyev bu gün keçirilən mətbuat konfransında deyib ki,  bu günə kimi Azərbaycanda əlilliyi olan şəxslər və şəhid ailələrinə mənzillər bir binada tikilməklə verilir və onların hamısı eyni binada cəmləşirdi. Onun sözlərinə görə, əmək və əhalinin sosial müdafiəsi nazir Səlim Müslümovun prezidentə təklifi və bu təklifə əsasən prezident tərəfindən qəbul olunan sərəncama əsasən onlar üçün artıq binalar tikilməyəcək: “Hazırda Bakı şəhəri və ətrafında çoxlu sayda hazır tikilmiş binalarda mənzillər var və onlar əlilliyi olan şəxslər və şəhid ailələrinə müvafiq qaydada tender üsulu ilə satın alınacaq. Prezidentin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamında 2014-cü il yanvar aynın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 5731 nəfər bu kateqoriyadan olan şəxslərin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulub. 2014-cü ilə kimi növbəyə duran 5731 Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin 1861 nəfərinə 5 şəhərdə - Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Xırdala şəhərlərindəki hazır binalardan mənzillər satın alınmaqla veriləcək. Hər binadan 3-5 daha artıq və ya az mənzil alınmaqla növbəlilik əsasında bu şəxslərə veriləcək. Onlar qeydiyyatda olduqları ərazi nəzərə alınmaqla  və növbəlilik əsasında mənzillərlə  təmin olunacaq. Beləliklə, müharibə və şəhid ailələrinin mənzillə təminatı sərəncama əsasən 2018-ci ilin sonuna kimi həyata keçiriləcək. Artıq bu kateqoriyadan olan insanlar, əlil olan şəxslər bir binada cəmləşməyəcək, müxtəlif binalarda yaşayacaq, cəmiyyətin digər vətəndaşları ilə birgə bərabər yaşamaq hüququ qazanacaqlar. Bununla da onların cəmiyyəti inteqrasiyası öz həllini tapacaq”. Ç.Əliyev qeyd edib ki, digər 3332 nəfər isə kənd və rayonlarda tikilən evlərlə təmin olunacaq. Onun sözlərinə görə, onlar üçün fərdi evlər tikiləcək. Bu fərdi evlərin tikintisinin növbəyə duran şəhid ailələrinin sayından asılı olaraq nəzərə alınacağını deyən xidmət rəisi əlavə edib ki, bunlar da 2018-ci ilin sonuna kimi öz həllini tapacaq.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol