• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan ərazisində hava nə vaxtdan mülayimləşəcək?

Azərbaycan ərazisində hava nə vaxtdan mülayimləşəcək?
17.07.2014 13:30

Sabah bəzi yerlərdə 40 dərəcə isti gözlənilir, Abşeron yarımadasında gündüz saatlarında isti temperatur meteohəssas insanlar üçün əlverişsizdir

Yaxın 2 gün ərzində Azərbaycanda isti hava şəraiti müşahidə olunacaq. Lakin iyulun 20-dən başlayaraq ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunacaq, nəticədə havanın temperaturu nisbətən düşəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, arabir güclənən şimal-qərb küləyi əsəcək. Azərbaycanda müşahidə olunacaq küləkli hava şəraiti nəticəsində havanın temperaturunun iyulun 20-dən başlayaraq ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcəyi gözlənilir.

 

İyulun 18-də Bakı və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 22-26, gündüz 33-38 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraitinin müşahidə olunacağı, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz qərb küləyi axşama doğru arabir güclənəcək.

 

Havanın temperaturu gecə 21-26, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcə, dağlarda gecə 11-16, gündüz 24-29 dərəcə isti olacaq.

 

Tibbi meteoroloji proqnoza gəlincə, iyulun 18-19-da Abşeron yarımadasında gündüz saatlarında isti temperatur diskomfort meteohəssas insanlar üçün əlverişsizdir.

 

İyulun 20-də isə güclü xəzri küləyi fonunda havanın temperaturunun bir qədər enməsi müsbət amildir.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol