Maskaları dezinfeskiya edib təkrar taxmaq olar?

Bütün tibbi maskalar birdəfəlikdir onları təkrarən istifadə etmək doğru deyil. Maskaların dezinfeksiya olunaraq yenidən istifadə olunması yanlışdır.
Bunu tanınmış əczaçı Yıldız Türkaydın bildirib. O, N-95 maska deyil, cərrahi maska istifadə etməyi tövsiyə edib. Pandemiya dövründə bir çox maska çeşidlərinin gündəmə gəldiyini deyən mütəxəssis qeyd edib ki, əslində cərrahi maskalar istifadə üçün daha yararlıdır. N-95 maskalarını isə məhz yoluxucu xəstəliyi olanlarla yaxından təmasda olan tibb işçiləri taxmalıdır. Onun sözlərinə görə, bu maska bayırdan gələn havanı təmizləmək üçündür, maskanı taxan şəxsin verdiyi nəfəsi təmizləmək üçün nəzərdə tutulmayıb. Yəni həmin maska xəstə şəxsin viruslu nəfəsinin ətrafa yayılmasının qarşısını almır. Bu səbəbdən bu cür maska taxanlar onun üzərindən cərrahi maska da taxmalıdır.
Mütəxəssis deyib ki, maskanı çənə altına salmaq, alına qaldırmaq sonra yenidən istifadə etmək olmaz. Maskaları istifadə edəndən sonra cibə, çantaya qoymaq və sonra təkrar istifadə etmək də yanlışdır: "Maskaların hamısı birdəfəlikdir, onları təkrar istifadə etmək olmaz”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























