• $
  • €
  • ₽
  • ₺
  • £

TƏBİB-dən toylarla bağlı növbəti - VACİB AÇIQLAMA

TƏBİB-dən toylarla bağlı növbəti - VACİB AÇIQLAMA
29.05.2020 11:32
Yoluxma hallarının sayında azalma olacaqca toylarla bağlı məsələyə sentyabrda baxıla bilər,  bunu Anews.az-ın sualına cavab olaraq  TƏBİB  İdarə heyətinin sədri  Ramin Bayramlı  dünən brifinq sonrası bildirib.

Ancaq bu gün bir sıra yerli saytlar toyların keçirilməsi ilə bağlı xəbərə  TƏBİB mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyevadan münasibət almaq təşəbbüsü ilə çıxış edib və sözçünün adından Ramil Bayramlı tərəfindən belə bir açıqlamanın verilmədiyini  yazıblar. 
 
Ramil Bayramlının əlimizdə açıqlamasının olduğunu nəzərə alaraq xəbər müəllifi kimi  TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva ilə əlaqə saxladıq
 
Bəlli oldu ki, Rəvanə Əliyevanın təkzibi kimi qələmə verilən xəbərin özünün təkzibə ehtiyacı var. 

Rəvanə Əliyeva bildirdi ki, "mən saytlara dünən brifinq zamanı belə bir sual verilmədiyini və brifinq gedişində belə açıqlama olmadığını söyləmişəm. Jurnalistin brifinq sonrası verdiyi sualdan xəbərsiz olmuşam. TƏBİB sədri Ramin Bayramlı ilə məsələni yenidən dəqiqləşdirdim. Onun sözlərinə görə, jurnalistin sualına cavab olaraq bildirib ki, yoluxma hallarının sayında azalma olarsa və karantin qaydalarında yumşalma olarsa bu məsələyə sentyabr ayında  baxıla bilər. Yox əgər artım olacaqsa toyların sentyabr ayında baxılması da  mümkün olmayacaq”, – deyə o, qeyd edib.
 
Bizim dünən yayımladığımız açıqlamada da sitat eynilə belə ifadə edilib. 
 
İndi xəbəri yazmaqda məqsədimiz həmkarlarımızın TƏBİB sözçüsünün  fikrini təhrif etdklərini ictimaiyyətə çatdırmaq deyil. Ən azı bunu  xanım Əliyeva özü edə bilər. Məqsədimiz toy və digər şənliklər təşkil etmək istəyən vətəndaşlarımıza planlarını qurmalarında yardımçı olmaq, məsul şəxsin bəyanatını onlara düzgün şəkildə, təhrifsiz çatdırmaqdır. 
 
Gülnar Nazimqızı

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol