Bakıda Mirqasımov adına xəstəxana xəstə qəbulunu dayandırdı? - RƏSMİ AÇIQLAMA

"Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının işçiləri arasında kütləvi şəkildə koronavirusa yoluxma halının baş verməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir”.
Bu barədə "Qafqazinfo”ya açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva deyib.
Onun sözlərinə görə, xəstəxananın Ginekologiya şöbəsinin fəaliyyətini dayandırması ilə bağlı məlumatlar da doğru deyil və xəstəx
ana adi iş rejimində çalışır.
Qeyd edək ki, bir sıra mətbuat orqanlarında Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tibb işçiləri arasında koronavirusa kütləvi yoluxma halının baş verməsi və xəstəxananın Ginekologiya şöbəsinin fəaliyyətinin dayandırması ilə bağlı xəbərlər yayılmışdı. İddiaya görə, tibb müəssisəsinin Ginekologiya şöbəsində doğuşa gələn bir qadından virus tibb işçilərinə keçib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























